Məryəm xeyriyyə tədris mərkəzi 2004 ildən Catholic Relief Services, Jugend eine Welt, Austrian Development Cooperation, Renovabis, Salesians of don Bosco, və Bakıda yerləşən Irish Society dəstəyi ilə az təminatlı ailələrdən olan uşaqlara kömək məqsədi ilə fəaliyyətə başlamışdır. Bizim mərkəz az təmintlı ailədən olan uşaqlara orta məktəbi yaxşı bitirməklərində, gənclərə ali məktəbə gəbul olmalarında və peşə sahibi olub işə düzəlmək istəyənlərə köməklik göstərir.

Bizim təklif etdiyimiz kurslar: xarici dillər (ingilis, rus, alman, italyan, ispan); məktəb fənləri: (azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, rəsm, gitara, rəqs); kompyuter programları: (Cisco şəbəkə təlimi, Microsoft Office, Adobe Photoshop, Corel Draw, 3D Max, Autocad və reklam poliqrafiyası).

2004 ildə hələ bizim mərkəz yeni fəaliyyətə başlayarkən,kurslarımıza 40 şagird müraciət etmişdir, hal-hazırda bu göstərici 400 nəfərə çatmışdır. 30 nəfər yerli və xarici müəllim heyəti ilə xidmət göstəririk. Bununla belə mərkəzmizdə hər il tədrisin inkişaf, səviyyəsinin yüksəldilməsi ilə bağlı, nəzərdə tutulantəlimlər, görüşlər və nəzəri göstərişlərləəlaqədar görüşlər təşkil olunur. Lazimi avadanlıqlar və təhsilə dair ləvazimatlar yenilənir.